XTQ kəşfiyyatçıları raketlə belə vurdu -VİDEO

XTQ kəşfiyyatçıları raketlə belə vurdu -VİDEO

Rusiya ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) Ukraynanın diversiya-kəşfiyyat qrupunun əməliyyatının qarşısını alıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

XTQ ilə kəşfiyyatçıların döyüşlərini əks etdirən videonu dərc edən saytlar qarşı tərəfdən xeyli kəşfiyyatçının öldürüldüyünü iddia edirlər.

Məlumata görə tank əleyhinə raketlə açılan atəşlə Ukrayna Silahlı Qüvvələrinin 13 nəfərdən ibarət heyəti hədəfə alınıb. Nəticədə ən azı yeddi ukraynalı döyüşçü həlak olub.

Digər raket zərbəsi isə cəbhə xəttinə əlavə qüvvələr çatdıran zirehli transportyora endirilib. Zirehli transportyor ekipaj və yaxınlıqdakı piyadalarla birlikdə sıradan çıxarılıb.

Tural Tağıyev