İstanbulda səhər tezdən qızı N.O-nu məktəbə getmək üçün oyatmaq istəyən anası qızını otaqda tapa bilməyib.
Musavat.com xəbər verir ki, ətrafa göz gəzdirən ana 14 yaşlı qızını həyətdə ölü tapıb.
6-cı mərtəbədən yıxıldığı aşkarlanan Ermənistan əsilli N.O-nun hadisə yerində öldüyü məlum olub. 14 yaşlı qızın həyatını itirdiyi aydın olduqdan sonra hadisə yerinə polis qrupları sövq edilib.
Faktla bağlı araşdırmalar davam edir.
Musavat.com