Aerobika gimnastlarımız dünya kuboku yarışlarının finalına yüksəliblər

Aerobika gimnastlarımız dünya kuboku yarışlarının finalına yüksəliblər

Portuqaliyanın Kantanhede şəhərində aerobika gimnastikası üzrə dünya kuboku yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, turnirdə iştirak edən millimizin üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlüklərin proqramında uğurla çıxış edərək finala vəsiqə qazanıblar.

Turnirə martın 26-da yekun vurulacaq.