Qərb Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaqda maraqlı deyil.
Bakupost.az Qazeta.ru-ya istinadən bildirir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib.
Onun sözlərinə görə Qərb dövlətləri Gürcüstanda vəziyyəti sabitləşdirmək istəyir və ölkəni Rusiya ilə müharibəyə sövq etmir.
Zurabişvili əlavə edib ki, Gürcüstanın Qərb tərəfdaşları Qara dəniz regionunda və Qafqazda sabit vəziyyətin olmasında, eləcə də Gürcüstan dövlətinin ərazi bütövlüyü məsələlərinin yalnız sülh yolu ilə həllində maraqlıdırlar.
Əfsanə