Sərnişin metronun "Memar Əcəmi" stansiyasının yoluna düşüb

Sərnişin metronun "Memar Əcəmi" stansiyasının yoluna düşüb

Bir kişi sərnişin Bakı metropoliteninin "Memar Əcəmi" stansiya yoluna düşüb.

“APA-Economics” xəbər verir ki, stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək,qatarı saxlayıb. Lakin stansiya yolunda olan sərnişinin ayağı zədələnib.

Məlumata görə, fərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb. Aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür.

Nəticədə Yaşıl xətt üzrə intervaldan əlavə 10 dəqiqə yubanma yaranıb.