Ya Qarabağdan çıxmalıyıq, ya da ölməliyik - Arutyunyan

Ya Qarabağdan çıxmalıyıq, ya da ölməliyik - Arutyunyan

Erməni separatçılarının başçısı Arayik Arutyunyan bu yaxınlarda Moskvada "işgüzar" səfərdə olub.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, Arutyunyan bir neçə gün əvvəl geri qayıdıb.

Sosial şəbəkələrin erməni seqmentində yayılan məlumata görə, baş separatçı Moskvadan qayıtdıqdan sonra yaxın ətrafına bildirib ki, onların iki yolu var: ya Qarabağdan çıxmaq, ya da döyüşmək və lazım gələrsə, ölmək...

Arayik istefa mövzusunun hələlik qapalı olduğunu, yaxın gələcəkdə "seçkilərin" olmayacağını bildirib.

Bundan əlavə, erməni mənbələri qeyd edib ki, Arayik yeni müharibəyə hazırlaşmaq və silahlanmaq barədə göstəriş verib.