Samuxda intensiv bağçılığın inkişafı layihəsinə güzəştli kredit ayrılıb

Samuxda intensiv bağçılığın inkişafı layihəsinə güzəştli kredit ayrılıb

Samux rayonunda fəaliyyət göstərən "Fruit Aqro" MMC-nin intensiv bağçılığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 1 milyon 50 min manat güzəştli kredit əldə edib.

Fonddan AZƏRTAC-a bildirilib ki, layihənin icrası nəticəsində 54 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Layihənin maliyyələşdirilməsi "AccessBank" ASC vasitəsilə həyata keçirilib.