Yanvar-fevral ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə satınalan təşkilatlardan daxil olan 624 yekun protokol təhlil olunub.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunduğundan 72 yekun protokol ləğv edilib.