O. Reznikov
Ukrayna ordusu yay aylarına yaxın müddətdə əks hücuma keçə bilər.
Reyting.az Ukrayna KİV-lərinə istinadla bildirir ki, müdafiə naziri Oleksiy Reznikov əks-hücumun bir neçə istiqamətdə planlaşdırıldığını və ən münasib məqamı gözlədiklərini deyib.
“Leopard” tanklarının cəbhədə nə vaxt görünə biləcəyini soruşduqda, Reznikov “Onları Baş Qərargahımızın qərarı ilə əks-hücumda görəcəksiniz”,- cavabını verib.
ELÇİN