Parisdəki aksiyada 50-dən çox polis yaralanıb

Parisdəki aksiyada 50-dən çox polis yaralanıb

Martın 28-də Fransanın paytaxtında pensiya islahatlarına etiraz edən nümayişçilərlə toqquşmalarda 53 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, əsas qarşıdurma Millət meydanına yaxınlaşarkən baş verib. Həmin ərazidə 78 nəfər saxlanılıb, 5 nəfər cərimələnib, 53 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. 11 nümayişçinin xəstəxanaya aparıldığı, 12 nəfərə yerində köməklik göstərildiyi bildirilir.

Məlumata görə, üzləri maskalı nümayiş iştirakçıları polisə daş və butulka atıblar.

E. KAMAL
Reyting.az