Azərbaycan filmi beynəlxalq müsabiqədə yarışacaq.
"Sonuncu foto" qısametrajlı film Riqa Beynəlxalq Qısa Film Festivalında mübarizə aparacaq.
xəbər verir ki, filmin rejissoru Türkan Hüseyndir.
Beynəlxalq müsabiqədə 28 film mükafat üçün yarışacaq.
Sözügedən müsabiqəyə seçilən "Sonuncu foto"da aktyorlar Qorqud Cəfər, İsmail İman, Kənan Məmmədli və Aygün Mirzayeva rolları bölüşürlər.
Festival 8-13 aprel tarixlərində baş tutacaq.
Günay Şahmar