Millimiz Çin, Yaponiya, Ukrayna və Meksika yığmaları ilə qarşılaşacaq

Millimiz Çin, Yaponiya, Ukrayna və Meksika yığmaları ilə qarşılaşacaq

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Çinin Çendu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasında rəqibləri bəlli olub.

AZƏRTAC xəbər verir ki, yığmamız C qrupunda mübarizə aparacaq.

Komandamız meydan sahibləri ilə yanaşı, Yaponiya, Ukrayna və Meksika seçmələri ilə üz-üzə gələcək.

Qeyd edək ki, Universiada iyulun 28-dən avqustun 8-dək təşkil olunacaq.