ABŞ-ın Los-Anceles şəhərində (Kaliforniya ştatı) "Trader Joe’s" mağazasının yaxınlığında naməlum şəxs insanlara atəş açıb.
Trend xəbər verir ki, bu barədə şəhərin polis idarəsinə istinadən "NBC" telekanalı məlumat yayıb.
Məlumata əsasən, atışma nətcəsində 1 nəfər həlak olub, 3 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağır və ya çox ağır kimi dəyərləndirilir.
Bildirilir ki, atəş açan şəxs polislər tərəfindən saxlanılıb.
İnsidentin səbəbi araşdırılır.