Türkiyənin Hatay vilayətində ard-arda iki zəlzələ baş verib.
Mediaxeberleri.az xəbər verir ki, məlumatı AFAD yayıb.
Bildirilib ki, sözügedən vilayətin Samandağ rayonunda 4,1 bal, ardınca isə Antakya körfəzində 4,2 bal gücündə zəlzələ olub.
Samandağda baş verən zəlzələ yerin 13,34 km, körfəzdəki zəlzələ isə 17,92 km dərinliyində meydana gəlib.
Tələfat və dağıntı qeydə alınmayıb.
***
Türkiyənin Kastamonu şəhərinin İhsanqazi rayonunda 4,2 bal gücündə zəlzələ olub
Bu barədə AFAD məlumat yayıb.
Yeraltı təkanların ocağı 11,83 km dərinlikdə olub.