İmişlidə fermada yanğın olub

İmişlidə fermada yanğın olub

İmişli rayonunun Ağaməmmədli kəndində ferma ərazisində ümumi sahəsi 20 m² olan vaqon tipli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 24 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, ferma yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.