Masazırda maşın azyaşlını vurub qaçdı

Masazırda maşın azyaşlını vurub qaçdı

Abşeronda azyaşlını maşın vurub.

Lent.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində, Zəngilan rayonundan olan məcbur köçkünlər üçün salınmış şəhərcikdə baş verib. Naməlum avtomobil 7 yaşlı Bayramlı Tuncay Osman oğlunu vuraraq xəsarət yetirib. Daha sonra sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.