"Neftçi"ni Rusiyada gözləyirlər: Kim yalan danışır, "Zenit", yoxsa...

"Neftçi"ni Rusiyada gözləyirlər: Kim yalan danışır, "Zenit", yoxsa...

“Zenit”in prezidenti Aleksandr Medvedev klubunun bu yay keçirəcəyi yoldaşlıq görüşlərindən danışıb.

Publika.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin rəhbəri "Çempionat"a açıqlamasında mini-turnir keçirəcəklərini, Türkiyə, Serbiya və Azərbaycan klubları ilə qarşılaşacaqlarını bildirib.

O, "Çempionat"a açıqlamasında iyulda təşkil ediləcək yarışda “Fənərbağça”, “Svena Svezda” və “Neftçi”nin iştirakını gözlədiyini söyləyib.

Qeyd edək ki, bir müddət öncə "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev saytımızaaçıqlamasında turnirlə bağlı rəsmi təklif gəlmədiyini bildirmişdi.

Heybət